Xəbər lenti

Bulud 150 nəfəri xəstəxanalıq etdi
Dünya10:00 28.08.2017

Bulud 150 nəfəri xəstəxanalıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin Sasseks bölgəsində mənbəyi məlum olmayan duman 150 nəfəri xəstəxanalıq edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, dumanın təsirinə məruz qalan insanların göz və boğazlarında infeksiya yaranıb.

Sasseks polisi dumanın dağılmağa başlaması barədə məlumat yayıb. İngilis mətbuatında buludun tərkibində xlor qazının olması barədə xəbərlər dərc olunur.

I dünya müharibəsində istifadə olunan və kimyəvi silah kimi qəbul edilən, təhlükəli hesab edilən xlor qazının olma ehtimalı barədə müzakirələr gedir. Lakin bu məlumat hələ öz təsdiqini tapmayıb.

Qeyd edək ki, oxşar hadisə bundan əvvəl Fransa ərazisində də yaşanıb.

Gülşən

Qaynarinfo.Az