Xəbər lenti

Bundan sonra Belarusda jurnalistlər də aksiya iştirakçısı hesab ediləcək
Dünya13:53 31.03.2021

Bundan sonra Belarusda jurnalistlər də aksiya iştirakçısı hesab ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus parlamentinin aşağı palatasına jurnalistlərin qanunsuz aksiyaların iştirakçısı kimi tanınmasına imkan verən qanun layihəsi təqdim edilib. 
Qaynarinfo xəbər verir ki, bu haqda Belarus Nümayəndələr Palatası komissiyasının rəhbəri Gennadi Davıdko bildirib.
Millət vəkilinin sözlərinə görə, təşəbbüsdə jurnalistin iştirakçılarla gəzib şüarlar səsləndirməsi halında bunun baş verə biləcəyi qeyd olunur. Davıdko qeyd edib ki, əlbəttə, ofisdə oturub, baş verən hadisələri təsvir edən jurnalist etirazçılarla eyniləşdirilə bilməz.
"Jurnalistin qeyri-qanuni bir aksiyanın iştirakçısı kimi təsnif edilməsi meyarları açıq şəkildə yazılacaq", - Belarus millət vəkili deyib.
Alpər