Xəbər lenti

İdman 15:24 25.01.2024

Bundesliqada dava, baş məşqçi bu hərəkətinə görə meydandan qovuldu

Almaniya Bundesliqası klubu "Yunion Berlin"in baş məşqçisi Nenad Bjeliça futbolçunu vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qaynarinfo-nun məlumatına görə, Almaniya çempionatının 13-cü turunun " Bavariya" ilə təxirə salınmış oyununda Münhen klubunun hücumçusu Leroy Sanenin üzünə sillə vurub və baş hakim tərəfindən meydandan qovulub. 

Bu hal görüşün 75-ci dəqiqəsində baş verib. Sane yan xəttdən topu oyuna mümkün qədər tez daxil etmək istəyərkən Bjeliçanın müqaviməti ilə üzləşib. Dava zamanı "Yunion Berlin"in baş məşqçisi əli ilə iki dəfə futbolçunun sifətinə vuraraq onu itələyib və qırmızı vərəqə ilə cəzalanıb. 

Münhendəki görüş 1:0 hesabı ilə başa çatıb. Qolu 46-cı dəqiqədə Rafael Qerreyro vurub. Komandalar arasında 2023-cü ilin dekabrında keçirilməli olan bu matç, güclü qar səbəbindən yanvar ayına təxirə salınmışdı. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->