Almaniya hökumətinin tələbi ilə Bundestaqın büdcə komitəsi çərşənbə günü Ukraynaya silah yardımının əhəmiyyətli dərəcədə artırılmasına səs verməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə AFP agentliyi mənbələrə istinadən məlumat
yayıb.
Mənbələrə görə, komitə Kiyevə hərbi yardıma və artıq Ukraynaya göndərilmiş texnika ehtiyatlarının artırılmasına yönələcək xərclərin 12 milyard avro artırılmasını təsdiq etməlidir.
Alman ordusu bu pulu artıq bu ildən xərcləməyə başlaya biləcək, vəsaitin bir hissəsi sonrakı illər üçün ayrılacaq. Bu 12 milyard avronun necə və hansı müddətə paylanacağı dəqiq bilinmir.
İndiyədək Berlin Kiyevə hərbi yardım üçün 3 milyard avro ayırıb.
Nizami Bağırov
Şərhlər