
Pattaya gecə həyatı əyləncələrinin məkanları olan bir çox diskotekalara ev sahibliyi edir.
Burada iri şirkətlərin rəhbərlərindən geylərə, dənizçilərdən iş adamlarına, müştəri axtaran fahişələrdən transseksuallara kimi hər cür insana rast gəlmək olar.
Dünyanın hər yerindən kef məclisi həvəskarı olan insanlar buradakı diskotekalara axın edir.
Bu diskotekalarda Qərb musiqiləri ilə yanaşı tay musiqiləri də ifa olunur.
Pattayada diskoteka ənənəsi Vyetnam müharibəsində amerikalı əsgərlərin buraya dincəlmək üçün gəldiyi vaxtlarda başlayıb. Əsgərlər sərxoş olana qədər içib rəqs edirdilər.
Əvvəllər bu diskotekalarda gecə həyatı gün çıxana qədər davam edirdi. İndi isə yeni qanuna görə, diskotekalar gecə saat 1-dən sonra bağlanır.
Buranın ən qəribə cəhətlərindən biri də odur ki, Pattayada 1 kişiyə 40 qadın düşür. Buradakı qadınların sayı kişilərdən qat-qat çoxdur.
Qaynar.info









