Xəbər lenti

Burada hər şey gerçəkdir - FOTOLAR
Dünya13:30 18.09.2014

Burada hər şey gerçəkdir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

11 sentyabr 1297-ci ildə Stirling körpüsündə savaşan şotland əsgərlərin azadlıq arzusu 717 il sonra gerçək ola bilər?

Bunu bu gün keçirilən referendum müəyyən edəcək. 

Səhər saat 07:00-da başlayan referendumda şotlandlar "Şotlandiya müstəqil ölkə olmalıdırmı?" sualına cavab verəcəklər. 

Bəs biz şotlandlar haqqında nə bilirik?

Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazidir. Böyük Britaniya adasının şimal hissəsində yerləşir. Paytaxtı Edinburqdur. Şotlandiyanın ən böyük şəhəri – Qlazqodur.

Şotlandiya özünün qalaları və dağlıq peyzajı ilə tamamilə başqa ölkə təəsüratını yaradır. Şotlandiyada 787 ada var, demək olar ki, hamısında əhali məskunlaşıb. Məşhur Haylənds ("yüksək yerlər") – ölkənin şimal-qərbində dağlar dənizlərlə, çəmənlər, meşələrlə əvəz olunan təkrarolunmaz təbii landşaftdır. Şotlandiya ətrafı okean və dəniz dünyada biloji canlıların ən çox yaşadığı su hövzəsi sayılır, orada 40 min növ var.

Krallığın 32 faizini tutan 77.900 kvadrat km ərazisi var. Şimal dənizi və Atlantik okeanı sahillərindədir. Şotlandiya möhtəşəm mənzərələri ilə insanı valeh edir. 

Qaynar.info