Xəbər lenti

Burada insan heyvan kimi saxlanılır - FOTOLAR
Dünya07:19 30.08.2013

Burada insan heyvan kimi saxlanılır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Burada insanları heyvan kimi saxlayırlar. Baxın, dəmir qəfəs və o qəfəsdə onlarla insan. Onlar məhbusdur. Doğrudur, belədir. Amma məhbuslarda belə davranmaq insanlıqdan kənardır".
 
Salvadorun paytaxtı El Salvadordakı həbsxanalardan birində uzunu 6 metr, eni 5 metr olan iki dəmir qəfəsdə ölkə ilə yanaşı, Mərkəzi və Latın Amerikalarının ən çoxsaylı, qorxulu, qəddar mütəşəkkil cinayətkar qruplaşmalarının 54 mənsubu saxlanılır.
 
Milli.Az Vice-yə istinadən bildirir ki, MS-13 və M18 qruplaşmalarının üzvləri şübhəli şəxslərin 72 saat ərzində saxlanması üçün nəzərdə tutulmuş bu qəfəslərdə artıq bir ildir "yaşayırlar".
 
Həddən artıq sıxlığın hökm sürdüyü qəfəslərdəki mafiozların tam əksəriyyəti ağır xəstəliklərə tutulublar.
 
"Mara Salvatruça" (MS-13) və "Barrio" (M18) qruplaşmaları arasında atəşkəs imzalanandan sonra Salvador polisi qəfil əməliyyatlar keçirərək, həmin bandaların liderlərini həsb edib və belə qəfəslərə salıb. Qəfəslərdəki şəxslər faktiki olaraq girovlardır və onlar yoğun armaturlardan hazırlanmış qəfəsdə bandaların atəşkəsə riayət etmələri üçün saxlanılırlar.

Qaynar.info