Dubayda yerləşən dünyanın ən böyük binası olan "Burc Xəlifə”də Türkiyənin bayrağı görüntülənərək, "İstiqlal Marşı” səsləndirilib.
Qaynarinfo Haberler.com-a istinadən xəbər verir ki, görüntülərin yer aldığı video sosial şəbəkədə paylaşılıb.
Prezident Ərdoğan Abu Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə 14-15 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edəcək.
Ərdoğanın rəsmi səfərindən öncə "Burc Əl Xəlifə”də Türkiyənin bayrağı görüntülənib, "İstiqlal Marşı” səsləndirlib və türkcə "xoş gəldiniz" yazılıb.
Qeyd edək ki, Türkiyə Prezidenti "EXPO 2020 Dubay” Ümumdünya Sərgisində də iştirak edəcək və "Türkiyə Milli Günü” olaraq təyin olunan 15 fevralda Türkiyənin sərgi sahəsinə baş çəkəcək.