Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının qurucu üzvlərindən olan sabiq millət vəkili, professor Burhan Kuzu 65 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, keçmiş deputat koronavirusa yoluxmuş və iki həftədir özəl bir xəstəxanada müalicə alırdı. Professor Burhan Kuzu bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Burhan Kuzu 2002-2018-ci illərdə İstanbul millət vəkili olub.