Rand Uillyams əslində amerikalı radio aparıcısıdır. Dünyanın 193 ölkəsini gəzən Uilyams öz ölkəsini qurmağa qərar verib və Sloucamastanı qurub. Hətta ölkənin 4000-dən çox vətəndaşı da var.
Qaynarinfo xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatında tanıdığı 193 ölkəyə səfər edən Rand Uillyams, dünyada səyahət etmək üçün yeni bir ölkə qalmadığı üçün yeni bir ölkə qurmağa qərar verib. Sloucamastan adlı ölkəni quran və idarə edən Uillyams, 2021-ci ilin oktyabrında ölkəni qurmaq üçün hərəkətə keçib və ilin sonuna qədər onu "Sloucamastan Xalq Respublikasının Suveren Millətinin Birləşmiş Ərazisi" olaraq elan edib.
Uilyams ABŞ-ın Kaliforniya ştatında 44 kvadrat kilometr ərazini 19 min dollara satın alıb. Hazırlıqlarını başa vurduqdan sonra Sloucamastanın müstəqilliyini elan edib. Sloucamastan vətəndaşlarının sayı əvvəlcə 500 nəfər idisə, indi 4 min 500-ə çatır və gündən-günə artır.
Ölkənin idarəçisi Rendi Uilyamsdır. O, ölkədəki idarəçilik sistemini "Çox vaxt biz diktaturayıq" deyə izah edir. Bununla belə, ölkənin qurucusu, vətəndaşlarının səsinə qulaq asır və demokratik qərarlar verməyə çalışdığını bildirir.
Ölkənin paytaxtı Dublandiyadır, onun hətta öz pulu və pasportu var. Hələ geniş istifadə edilməsə də, Sloucamastan Respublikasının vətəndaşları "dubl" adlandırdıqları puldan istifadə edirlər. Bundan əlavə, pasportda ABŞ, Cənubi Afrika və Yeni Zelandiya kimi ölkələrin də daxil olduğu 16 müxtəlif ölkənin möhürü var.
Sloucamastan sultanı Rendi Uilyams BMT-yə üzv dövlətlərlə diplomatik əlaqələr qurmaq üçün çox səy göstərdiyini deyir.
Ölkənin milli heyvanı yenot, milli meyvəsi isə maraska adlı alçadır. O, ölkəyə məxsus simvollarda öz əksini tapıb.
"Bizim vaxtaşırı xüsusi səsvermə mərasimləri və referendumlarımız olacaq", deyə Uillyams bildirir.
Sloucamastan bəzi fəaliyyətləri ilə də diqqət çəkir. Təhlükəsizliyi təmin etmək üçün bu tədbirlərə kənardan cəlb edilmiş "sərhədçilər” gəlir. Sloucamastan tədbirlərinə kənardan gələnlərə bəzi qaydalar tətbiq edilir. Bu qaydalara "Crocss" terlik geyinmək və rep oxumaq qadağandır.
Ölkədə ancaq sərhəd zastavası var. Lakin Rend Uilyams ölkəsinə yeni strukturlar gətirməkdə qərarlıdır. Sloucamastan sultanı tezliklə öz ölkəsində su yolu və armadillo ferması tikməyi planlaşdırır. O, öz heykəlini də ucaltmağı planlaşdırır.
Aydın