
Hindistanda bütün dünyanı dəhşətə salan hadisə baş verib.
Qaynar.info xəbər verir ki, başqa qəbilədən olan bir oğlanı sevdiyi üçün 20 yaşlı qız kəndin ağsaqqalları tərəfindən təcavüzlə cəzalandırılıb.
Cəza həmçinin, kəndin bütün kişiləri tərəfindən yerinə yetirilib.
Rəsmilər xəstəxanaya aparılan 20 yaşlı qızın vəziyyətinin ağır olduğunu və təcavüzdə şübhəli bilinən 13 nəfərin həbs olunduğunu bildiriblər.
Kəlküttənin 180 kilometrliyindəki Subalpur kəndində yaşayan gənc qızın ailəsi polisə ağsaqqallar şurasının hadisəni ört-basdır etmək üçün onlardan 25 min rupi (400 dollar) pul istədiyini söyləyiblər. Ailənin həmin pul ödəməkdən imtina etməsindən sonra ağsaqqalların kəndin bütün kişilərinə gənc qadına təcavüz etmək əmri verdiyini bildirilib.
Gənc qadın isə bütün gecə saya bilmədiyi insanların onlara təcavüz etdiyini deyib.
Qaynar.info