
7 ay əvvəl vəfat edən Venesuela prezidenti Uqo Çavesə aid olduğu iddia edilən səs yazısı bütün ölkəni qarışdırıb.
Qaynar.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan səs yazısında Çavesin danışdığı bildirilir.
Səs yazısında Çavesin ölmədiyi və getdikcə yaxşılaşdığı səslənir.
Məsələ ilə bağlı açıqlama verən hazırki prezident Nikolas Maduro səs yazısının hökumətə qarşı aparılan qara piar kampaniyası olduğunu deyib.
Səs yazısının saxta olduğunu deyən Maduro bu insanların əxlaqsızlığının sərhəd tanımadığını və vicdansız olduqlarını bildirib.
Qaynar.info