
Rusiya prezidenti Vladimir Putinin hazırda Rusiyada mühacirətdə yaşayan Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudeni öpməsi Braziliyanın "Piaui" jurnalının üz qabığına çıxıb.
Qaynar.info-nun məlumatına görə, şəkil ABŞ-da yaşayan rus rəssam Nadejda Xuzinaya məxsus olub. Və onu "O militante da máquina" jurnalı üçün çəkmişdi.
Qeyd edək ki, Edvard Snouden ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi materiallarını yaydığı üçün haqqında həbs qərarı verilmişdi. Ölkədən qaçan casus Rusiyada müvəqqəti sığınacaq alıb.
Qaynar.info

