Amerikanın jalopnik.com avtoportalı səsvermə əsasında ən pis idman avtomobillərinin siyahısını hazırlayıb.
Qaynarinfo xəbər verir ki, jurnalın oxucularının fikrincə, ən pis modellərdən biri "Chevrolet Corvette C1" olub. Avtomobil keyfiyyətsiz quruluşa, orta idarəetməyə və problemli mühərrikə görə tənqid edilib.
"Pontiac Trans Am" sahibləri də güc blokundan şikayətlənib və "Ferrari 400" xarici görünüşünə görə siyahıya salınıb. Ən pis idman avtomobilləri siyahısına həmçinin "DeLorean DMC-12", "GM Kappa" platformasındakı modellər (Pontiac Solstice, Saturn Sky) və "British Triumph Stag" daxildir.
Bundan əlavə, 1964-1973-cü illərdə istehsal olunmuş "Porsche 911" bəyənilmir. Avtomobilin mühərriki tez-tez xarab olurdu və sürət qutusundan yağ sızması tez-tez baş verirdi.
Bundan əvvəl konsaltinq firması J.D. "Power” şirkəti ABŞ-da respondentlər arasında keçirdiyi sorğuya əsaslanaraq avtomobillərinin sahibinin məmnunluq reytinqini dərc edib.
Premium brendlər arasında "Porsche" (1000-dən 891 xal), "Jaguar" (886) və "Land Rover" (882) ən çox xal toplayıb. Kütləvi istehsalçılar arasında MINI (858), "Ram" (854) və "Kia" (853) liderlərdir.
Elektrikli avtomobil seqmentinə gəlincə, model təsnifatında ümumi qalib BMW 7 sedanı olub: fərdi seqmentlərdə ən çox mükafat "Hyundai-Kia", BMW və "Toyota" olub.
Aydın