Palaunun Qayalı adalarında alimlər 12 min il boyunca tam izolyasiya şəraitində təkamül keçirmiş milyonlarla canlı orqanizmin yaşadığı Meduzalar gölünü araşdırırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazıb.
El Malq adasında yerləşən uzaq su hövzəsi yalnız burada rast gəlinən unikal qızılı meduzaların vətəninə çevrilib. Qeyd olunur ki, bu "beşinci göl” son buz dövrünün sonunda, dəniz səviyyəsinin dəyişməsi nəticəsində formalaşıb və açıq okeandan tamamilə ayrılıb. Buradakı canlıların əsas xüsusiyyətlərindən biri onların minillik izolyasiya nəticəsində formalaşmış qeyri-adi davranışıdır.
"Meduzalar və yosunlar arasında xüsusi və faydalı əlaqə mövcuddur. Meduzalar göl boyunca dövr edərək hərəkət edir ki, yosunlar fotosintez üçün kifayət qədər günəş işığı ala bilsin. Yosunlar isə əvəzində meduzaları enerji və qida maddələri ilə təmin edir”, deyə tədqiqatçılar bildirir.
Məlumata görə, bu meduzalar hər gün günəşin hərəkətinə uyğun sinxron miqrasiya edir. Onlar sübh vaxtı şərqdən hərəkətə başlayır, daha sonra qərbə doğru üzərək suda canlı "divar” effekti yaradır. Alimlərin fikrincə, bu mexanizm meduzaların toxumalarında yaşayan mikroskopik yosunların həyatını qorumağa imkan verir.
Bu canlıların populyasiyası ətraf mühit dəyişikliklərinə olduqca həssasdır. Belə ki, 2005-ci ildə onların sayı 30 milyona çatmışdı, lakin 2016-cı ildə baş verən El Nino nəticəsində suyun anominal istiləşməsi səbəbindən demək olar ki, yox olma təhlükəsi ilə üzləşiblər. Yalnız 2019-cu ildə ekosistem bərpa olundu və fərdlərin sayı yenidən milyonlarla ölçülməyə başlanıb.
Aydın
Şərhlər