Beynəlxalq Valyuta Fondu Ukraynaya dəstək üçün yeni proqramı təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, müvafiq qərarı fondun idarə heyəti qəbul edib.
Proqram 18 ay müddətinə hazırlanıb. Onun ümumi həcmi 5 milyard dollara çatır və ilk tranşın həcmi təqribən 2,1 milyard dollar olacaq.
Proqram büdcə kəsirini və ölkənin tədiyyə balansını doldurmaq məqsədi daşıyır. Daxili islahatların uğurunu qorumağa kömək edəcəyi və gələcək struktur dəyişikliklərinin irəliləməsini təmin edəcəyi nəzərdə tutulur.
Alpər