Xəbər lenti

BYD Braziliyada
Dünya 14:57 27.12.2024

BYD Braziliyada "köləlik şəraiti" iddialarına görə subpodratçını işdən uzqlaşdırdı

Çinli avtomobil istehsalçısı BYD Braziliyanın Baia ştatında yerləşən fabrikinin tikintisində işləyən podratçını işdən çıxarıb. Bu qərar yerli əmək orqanlarının 163 işçinin "köləlik şəraitinə" bənzər vəziyyətlərdən xilas edildiyini bildirməsindən sonra qəbul edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı "Financial Times” məlumat yayıb.

BYD Çin elektromobil istehsalçısı və Warren Buffett tərəfindən dəstəklənən Tesla-nın əsas rəqibi və ən böyük şirkətlərdən biridir, hazırda qlobal sürətli genişlənmə planları çərçivəsində köhnə "Ford” fabrikini Baia ştatında yenidən qurur.

Braziliyalı məmurlara görə, Çinin subpodratçı "Jinjiang Construction” şirkətinin işçiləri tikinti sahəsində yerləşən yataqxanalarda "son dərəcə alçaldıcı" şəraitdə yaşayıblar. Bu yerlərdə sıxlıq çox olub, yatmaq üçün matras olmayan yataqlar var və sanitariya şəraiti yetərli deyil.

Əlavə olaraq, iş şəraitinin təhlükəli olduğu və uzun iş saatları səbəbindən tikinti sahəsində qəza halları baş verdiyi qeyd edilib. Məmurlar işçilərin pasportlarının müsadirə edildiyini və maaşlarının 60%-nin saxlanıldığını bildiriblər ki, bu da məcburi əmək iddialarına səbəb olub.

BYD "Jinjiang” ilə bağladığı müqaviləni pozduğunu açıqlayıb, şirkətin nümayəndəsi isə sosial şəbəkələrdə alt podratçının hər hansısa pozuntu ilə bağlı inkarını yayıb.

BYD-nin Braziliya ofisi bildirib ki, şirkət "Braziliyanın qanunlarına və insan ləyaqətinə sıfır dözümlülüyə malikdir". 

"Buna görə də dərhal podratçı ilə tikinti işlərinin bir hissəsi üçün müqaviləni pozmağa və digər müvafiq tədbirləri qiymətləndirməyə qərar verdi", - deyə BYD əlavə edib. Digər podratçılar işinə davam edir.

Çin dilində "Weibo” platformasında yayımlanan bəyanatında "Jinjiang” işçilərin "köləlik şəraitinə" və ya "xilas olunmasına" dair ittihamları "tamamilə həqiqətə uyğun deyil" kimi qiymətləndirib.

Çininin Siçuan əyalətində yerləşən "Jinjiang” şirkəti əlavə edib ki, mədəni fərqlər, tərcümə və şərh xətaları Braziliya tərəfindən verilən rəsmi açıqlamalarda "dəqiqlik" çatışmazlıqlarına səbəb olub.

Xatırladaq ki, Braziliya məmurları Baia ştatında, BYD-nin elektroavtomobil istehsal edən zavodunun tikintisində işləyən 163 Çin vətəndaşını, kölə şəraitinə oxşar iş şəraitində yaşadığını üzə çıxarıblar.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->