Xəbər lenti

Böyrəyini sevgilisinə bağışladı
Dünya10:53 21.08.2013

Böyrəyini sevgilisinə bağışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Uelsin Kardif şəhərində yaşayan 27 yaşlı qadın öz sevgilisinə qeyri-adi toy hədiyyəsi edib. 

Qaynar.info baku.ws-ə istinadən xəbər verir ki, Liza adlı qadın sevgilisini ölümcül xəstəlikdən xilas etmək üçün böyrəyini ona verməyə razı olub. 

Qadının sözlərinə görə, hələ iki il əvvəl onun sevgiisinə 5-ci dərəcəli böyrək çatışmazlığı diaqnozu qoyulmuşdu. Həkimlər bildiriblər ki, onun böyrəklərinin cəmi 5 faizi fəaliyyət göstərir və bu da onun həyatı üçün ciddi təhlükə yaradır: "Bu an mənə elə gəldi ki, vəziyyət qaçılmazdır. Xəstəlik sürətlənirdi. 2012-ci ilin fevralında o insult keçirdi". 

Qadın etiraf edib ki, bu müddət ərzində o öz sevgilisinin yanından bir addım da olsun ayrılmayıb və tezliklə ona ərə getməyi arzulayıb. 

Həkimlər qadına bildiriblər ki, təcili böyrək köçürülməsi lazımdır: "Məni yoxlayandan sonra həkimlər mənim böyrəyimin transplantasiya oluna biləcəyini söylədilər. Mən bir saniyə də olsun tərəddüd etmədim". 

Xoşbəxt cütlük 2013-cü ilin iyununda evləniblər və onlar böyrəklərin transplantasiyasını gözləyirlər.

Qaynar.info