Xəbər lenti

Böyük Britaniya kraliçasının mühafizəçiləri işdən çıxarılır - Tarixdə ilk
Dünya12:17 21.07.2020

Böyük Britaniya kraliçasının mühafizəçiləri işdən çıxarılır - Tarixdə ilk

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyada koronavirus pandemiyası səbəbindən ziyarətçilərin sayı azaldığı üçün London Qalası və krallığın ziynət əşyalarını qoruyan bəzi mühafizəçilər işdən çıxarılacaq.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə Tarixi Kral Sarayları İdarəsi məlumat yayıb. Məlumata görə, "Beefeater" olaraq bilinən və Böyük Britaniyanın önəmli simvollarından biri kimi qəbul edilən mühafizəçilərin sayı ilkin mərhələdə könüllülük prinsipi əsasında azaldılacaq, daha sonra vəziyyət məcburi işdən çıxarılmalarla müşayiət olunacaq.
Qeyd edək ki, 1485-ci ildə kral VII Henrix tərəfindən qurulan mühafizəçilər birliyinin tarixində ilk dəfə ixtisar aparılacaq. 2018-ci ildə London Qalasını 3 milyona yaxın turist ziyarət edib. Qala ölkədə pulla ən çox ziyarət edilən turistik məkandır.
Tarixi Kral Sarayları İdarəsinin rəhbəri Con Barnes gəlirlərin 80 faizini biletlərdən qarşıladıqlarını bildirib: "Bu nöqtəyə gəldiyimiz üçün təəssüf hissi keçiririk. Amma ayqda qalmağımız üçün bu ixtisarları aparmaq məcburiyyətindəyik".
Camal