Xəbər lenti

Böyük Dəbilqədə 6 cüdoçumuz yarışacaq
İdman06:56 05.02.2022

Böyük Dəbilqədə 6 cüdoçumuz yarışacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cüdoçularımız bugündən etibarən Parisdə startı veriləcək Böyük Dəbilqə turnirində iştirak edəcəklər.
Qaynarinfo xəbər verir ki, Azərbaycanı nüfuzlu turnirdə baş məşqçi Mövlud Mirəliyevin rəhbərlik etdiyi kişilərdən ibarət komanda təmsil edəcək. 
Siyahıya 6 nəfərin adı daxil edilib. Onlardan Kəramət Hüseynov -60, Rüstəm Orucov və Hidayət Heydərov -73, Məmmədəli Mehdiyev, -90, Zelim Kotsoyev -100, Uşanqi Kokauri +100 kq çəki dərəcəsində çalışacaq. 
Turnirdə 54 ölkədən 308 idmançı iştirak edəcək.
 
Səbuhi Həsənov