Xəbər lenti

Böyük fizikin qiyamət senariləri və Cənub qütbündə alimləri çaşdıran fakt (FOTO)
Dünya13:11 14.04.2020

Böyük fizikin qiyamət senariləri və Cənub qütbündə alimləri çaşdıran fakt (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddətdir dünya koronavirus pandemiyasının təsiri altındadır və milyonlarla insan küçəyə çıxa bilmir. Anacaq digər bir tərəfdən alimləri təəccübləndirən daha bir hadisə yaşanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl Cənub Qütbündəki ozon təbəqəsinin üzərindəki çatların koronavirus səbəbindən böyük miqyasda örtüldüyü ortaya çıxmışdı. Lakin Cənub Qütbünün əksinə, şimalda ozon dəliyi getdikcə böyüdüyü məlum olub və ciddi suallar yaradıb. 
Ozon qatının bu qədər böyük olmasının əsas səbəbi kimi qütb bölgələrində temperaturun normaldan daha aşağı olması göstərilir. Alimlərin fikrincə, güclü küləklər şimal qütbündə yaranan "Qütb burulğanı" içərisində soyuq havanı saxlamaqla, istiliyin düşməsinə yol açıb. Bu hadisə də ozon qatının nazikləşməsinə və bir müddət sonra dəlinməsinə səbəb olub.
Digər bir tərəfdən dünyanın ən zəngin ikinci adamı Bil Geyts koronavirusla bağlı qalmaqallı açıqlama verib. Onun sözlərinə görə virus səbəbindən ən çox ölüm halı inkişaf etmiş ölkələrdə qeydə alınacaq.
"Varlı ölkələrdəki sosial məsafə tətbiqi bu işə yaramaya bilər. Bu ölkələr böyük iqtisadi sıxıntılarla mübarizə aparacaq", - deyə Qeyts bildirib.
İnsanların çölə çıxıb nə iləsə məşğul olmaq istəklərinin dəyişdiyinə diqqət çəkən biznesmen tələb-təklif sisteminin əvvəlki vəziyyətinə qayıtmasının uzun zaman alacağını deyib. Bildirib ki, həyat 2021-ci ilin payızına qədər ancaq normala qayıdacaq. O, peyvəndin inkişaf etdirilib istifadəyə verilməsinin də 1 il çəkəcəyini bildirib.
Qeytsin xəbərdarlıqları bir tərəfə illər öncə məşhur fizik Stiven Houkinqin dünya ilə bağlı irəli sürdüyü qiyamət senariləri bu gün yenə müzakirə edilir. 76 yaşında həyatını itirən Houkinq bütün yumurtaları eyni səbətə qoymağın yanlış olduğunu deyirdi. Burada səbət planetimizdir. O, on illərdir insanların digər planetlərə yerləşmək üçün hərəkət etməli olduqlarını söyləyirdi. Hokinqin fikrincə, insanları dünyadan siləcək fəlakətlərdən qaçmaq mümkün deyil. Bu hadisələr göy cismi kimi kosmik hadisələrlə yanaşı iqlim dəyişikliyi, mutasiyaya məruz qalmış virusun yayılması və nüvə müharibələri şəklində baş verə bilər. Hələ 2016-cı ildə BBC-yə verdiyi açıqlamasında Houkinq qarşıdakı 100 il üçün insanları gözləyən faciələr barədə xəbərdar etmişdi. O, süni intellektin yaratdığı fürsətlərin fərqində olsa da, təhdidlərə qarşı da ehtiyatlı olmağa çağırırdı. Belə ki, 2014-cü ildə BBC-yə verdiyi açıqlamasında süni intellektin tam şəkildə inkişaf etdirilməsinin insanlığın sonunu gətirə biləcəyini demişdi.
Digər bir tərəfdən o, dünyadakı yaşayışa ən böyük təhlükənin iqlim dəyişikliyindən gələcəyini düşünürdü. Bu səbəbdən ABŞ-ın Paris İqlim Sazişindən çəkilməsininə dair narahatlıqlarını açıqlamışdı. O, Trampın bu addımının dünyanın 250 dərəcə istiliyə gedən yolunu açdığını ifadə etmişdi.
Houkinqin bir digər narahatlığı isə kainatdakı digər varlıqlarla əlaqənin yaradılmasına olan istək idi. O, yadplanetlilərin dünyanı talan etməsinə dair qorxuları olduğunu dilə gətirmişdi. 2010-cu ildə Discovery Channel-ə açıqlamasında bildirmişdi ki, əgər yadplanetlilər bizi ziyarət etsələr, bu, Xristofor Kolumbun Amerikaya ayaq basması kimi olacaq. Bu da amerikalılar üçün heç yaxşı olmamışdı.