Xəbər lenti

Böyük Səhraya qar yağdı (FOTOLAR)
Dünya15:03 09.01.2018

Böyük Səhraya qar yağdı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il 37 illik fasilədən sonra qar yağan Böyük Səhra bu il də ağ rəngə bürünüb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ötən il Atlas dağlarının ətəklərinə yağan qar dünya mediasında səs-küyə səbəb olmuşdu. Qar bir gün ərzində ərimişdi. 
Dünən çəkilən fotolarda dünyanın ən böyük səhrası statusunu qazanmış Böyük Səhranın yenidən qarla örtüldüyü görünür. 
Qeyd edək ki, səhrada hündürlüyü 3 min metrə çatan dağlar yerləşir.
Gülşən