Xəbər lenti

Üç ayda xaricə satılan meyvə-tərəvəzin dəyəri açıqlandı
Ekonomiks16:18 27.04.2018

Üç ayda xaricə satılan meyvə-tərəvəzin dəyəri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2018-ci ilin I rübü ərzində meyvə-tərəvəzin ixracı 80,7 milyon dollar olub.
Qaynarinfo İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”na istinadən xəbər verir ki, yanvar-mart aylarında tomatın (pomidor) ixracı 24 milyon, qabığı təmizlənmiş meşə fındığının ixracı 23,7 milyon, xurmanın ixracı 19,1 milyon dolları təşkil edib.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin mart ayında ən çox ixrac sifarişi şərab, yumurta, nar şirəsi, alma, fındıq ləpəsi, qənnadı məhsulları, pomidor, buğda kəpəyi, makaron, çay, zəfəran, pambıq yağı, tibbi tənzif, dekorativ güllər, konservləşdirilmiş ət  və başqa mallara daxil olub.