Xəbər lenti

Üç nazir dəyişəcək
Dünya19:44 07.05.2013

Üç nazir dəyişəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın yeni hökuməti üç naziri dəyişəcək, qalanları öz postlarında qalacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar mayın 7-də Nazirlər Kabineti və hakim Respublika partiyasının keçirilmiş iclasında qəbul olunub.  


Məlumata görə, maliyə naziri Vaçe Qabrielyanı hökumət aparatının rəhbəri David Sarkisyan əvəz edəcək, Qabrielyan isə nazir statusunda hökumət aparatının rəhbəri olacaq.

İdman və gənclər naziri Qraçya Rostomyanın yerini tanınmış ağır atlet Yuri Vardanyan tutacaq.

Bundan başqa, iqtisadiyyat nazirliyinin rəhbəri vəzifəsində Tiqran Davtyanı keçmiş nazir Vaqram Avanesyan əvəz edəcək, Davtyan isə Ermənistanı Ümumdünya Ticarət Təşkilatında təmsil edəcək. 

Xatırladaq ki, ikinci müddətə prezident seçilmiş Serj Sarqsyanın inauqurasiya günü, yəni aprelin 9-da, hökumət istefaya gedib. Serj Sarqsyan Tiqran Sarkisyanı yenidən baş nazir vəzifəsinə təyin edib.

56 yaşlı Tiqran Sarkisyan 2008-ci il aprelin 9-dan Ermənistanın baş naziridir. O hakim Respublika partiyasının üzvüdür.

Qaynar.info