Xəbər lenti

Üç prezidentin Qarabağ bəyanatı: Boş-boş, mənasız sözlər... – Münasibət
Siyasət08:18 02.10.2020

Üç prezidentin Qarabağ bəyanatı: Boş-boş, mənasız sözlər... – Münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Düşünürəm ki, hər 3 ölkənin prezident öz seçiçiləri və cəmiyyətləri üçün bu bəynata imza atıblar”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin liderlərinin Dağlıq Qarabağda vəziyyətlə bağlı birgə bəyanatını şərh edərkən deyib. O bildirib ki, sözügedən ölkələrin prezidentlərinin belə bəyanat verməsi gözlənilən idi:

"Son dövrlərdə sülh mövzusu çox populyarlaşıb. "Vuruşmayın, barışın” deyirlər, amma real problemlərimizi həll etmirlər, bizi heç kəs eşitmək istəmir. Biz torpaqlarımızı qaytarmaq istəyirik. Düşünürəm ki, hər 3 ölkənin prezident öz seçiçiləri və cəmiyyətləri üçün bu bəynata imza atıblar. Ancaq daxili istifadə üçün belə bəyanatı verirlər. Boş-boş, mənasız sözlər. Çox heyif”.

Hikmət Hacızadə qeyd edib ki, Tramp, Putin və Makronun cəbhədəki vəziyyətlə bağlı həqiqəti deməyə cəsarətləri çatmadı:

"Onlar özlərində həqiqəti deməyə cəsarət tapmadılar”.

Qeyd edək ki, dünən ATƏT-in Minik Qrupu həmsədr ölkələrinin liderləri Dağlıq Qarabağda vəziyyətlə bağlı birgə bəyanat yayıblar. Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron regionda vəziyyətin gərginləşməsini pisləyərək tərəfləri dərhal atəşkəsə çağırıblar.

Bahar Rüstəmli