Uqanda höküməti cadugərliyin təbliğində ittiham etdiyi 23 radiostansiyanın yayımına son verilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Uqanda Kommunikasiya Komissiyasının sözçüsü Pamela Ankunda açıqlamasında 23 radionun cadugərliklə əlaqədar reklam verdiyini bildirib və lisenziyalarının ləğv edildiyini qeyd edib. Əgər radiostansiyalar bu tip təbliğatdan imtina etsələr, fəaliyyətləri yenidən bərpa edilə bilər.
Afrikada cadugərlər, yalançı peyğəmbərlər insanlara AIDS və xərçəng kimi xəstəliklərin müalicəsini vəd edərək aldadırlar. Xüsusilə Tanzaniya, Uqanda, Keniya, Qanada bu insanlar azyaşlıların, albinosların bədənlərinin müxtəlif hissələrindən cadularda istifadə edirlər. Tanzaniyada 2000-ci ildən bəri 75 min albinos cadugərlər tərəfindən öldürülüb, 65 mindən çox insan isə onların əllərindən qaçmağı bacara bilib.
Gülşən