İndoneziyanın paytaxtı Cakartada partlayıcı fabrikində partlayış baş verib.
"Qaynarinfo" "Reuters"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 47 nəfər həlak olub. Xəsarət alanların sayının isə azı 46 nəfərə çatdığı bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Partlayışın hansı səbəbdən baş verdiyi hələ müəyyən olunmayıb.
Qeyd edək ki, bu partlayıcı maddə saxlanan fabriklərdə baş verən ilk partlayış deyil. Belə partlayış xəbərləri son dönəmdə dünyanın müxtəlif yerlərindən gəlir. Sentyabr ayının sonunda bənzər hadisə Çində baş vermişdi. Hadisə 7 nəfərin ölümü ilə nəticələnmişdi. Eyni zamanda ABŞ-ın Pensilvaniya ştatında da hadisə təkrar olunmuşdu.
Nərmin Həsənli
Qaynarinfo.AZ