Xəbər lenti

Öcalandan tarixi çağırış
Dünya07:00 22.03.2015

Öcalandan tarixi çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbsdə olan kürd üsyançılarının lideri Abdullah Öcalan öz tərəfdarlarına müraciətində Türkiyə əleyhinə silahlı mübarizəyə son qoymağa səsləyib. 

Anspress-in məlumatına görə, onun bu müraciət xarakterli bəyanatı Diyarbəkir şəhərində Novruz bayramı münasibətilə toplaşan kürdlərə çatdırılıb. Bəyanatı Ocalanı həbsxanada ziyarət etmiş kürdpərəst HDP (Xalqların Demokratik Partiyası) partiyasının nümayəndəsi Sırrı Süreyya Önder çatdırıb.

Mitinq iştirakçıları PKK liderinin şəkillərini gəzdiriblər. Abdullah Öcalanın çağırışından sonra elan edilmiş atəşkəs rejimi 2013-cü ildən bəri qüvvədə qalır. PKK Kürdüstanın müstəqilliyi uğrunda 30 il ərzində silahlı mübarizə aparıb. Münaqişə 40 mindən artıq adamın ölümünə bais olub.

Ötən ay Abdullah Öcalan öz tərəfdarlarını silahlı mübarizəyə son qoyacaq konfransa qatılmağa səsləmişdi.

Gözlənən açıqlamadan öncə Öcalanın planı barədə məlumat verilməyib. Sırrı Süreyya Önder bəzi məqamalara toxunub. "Bu sülh prosesi üzrə nəzəri və praktiki məqamları əhatə edən ölkəmiz və bölgə üçün bir sülh xəritəsi olacaq”, - siyasətçi AFP agentliyinə bildirib.

Qaynar.info