Xəbər lenti

Canavar qatilini tapana 10 min mükafat veriləcək
Dünya13:48 14.07.2018

Canavar qatilini tapana 10 min mükafat veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyada Canavarları Mühafizə Dərnəyi Saksoniyada canavarı öldürən şəxsin tutulması üçün 10 min avro mükafat təyin edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 10 iyun tarixində 1 yaşlı dişi canavar sinəsindən vurularaq öldürülmüş, qarnına iplə beton hissəsi bağlanmış və gölə atılmışdı. 
Almaniyada canavarların öldürülməsi qadağandır və həmin şəxsləri 5 ilə qədər həbs cəzası gözləyir. 
150 il ərzində Almaniyada canavarlara rast gəlinməyib. Ölkədə 2000-ci ildən bəri müşahidə edilən bu canlıların sayı sadəcə 370-dir. Bu səbəbdən canavarların mühafizəsinə xüsusi əhəmiyyət verilir. 2009-cu ildən bəri 26 canavar qeyri-qanuni şəkildə öldürülüb.
Gülşən