Xəbər lenti

Canlanma başladı: Lavrov Əfqanıstanla bağlı sərt mesajlar verdi
Dünya07:26 07.07.2021

Canlanma başladı: Lavrov Əfqanıstanla bağlı sərt mesajlar verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva KTMT müttəfiqlərinə qarşı hər hansı bir təcavüzkar hərəkəti aradan qaldırmaq üçün Tacikistan və Əfqanıstan sərhədindəki hərbi bazanın potensialından istifadə daxil olmaqla hər şeyi edəcək. 
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib:
"Müttəfiqlərimizə qarşı təcavüzkar hərəkətlərin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Məsələn, Əfqanıstan və Tacikistan sərhədində yerləşən Rusiya hərbi bazasının bütün imkanlarından istifadə etmək”.
Onun sözlərinə görə, KTMT təmsilçiləri bu ərəfədə sərhədə baş çəkib, vəziyyətə qiymət veriblər və bu barədə qurumun şurasına məruzə edəcəklər.