
Vladimir Putin: "Rusiya özü beynəlxalq terrorçuluğun qurbanıdır"
Bu gün Rusiya prezidenti Vladimir Putin ölkə telekanalları vasitəsilə yayımlanan mətbuat konfransı keçirib. Konfransda ən maraq doğuran məsələ bir müddət əvvəl Bostonda törədilən terror aktı və hadisənin törədilməsində şübhəli bilinən çeçen əsilli qardaşlar barədə prezidentin münasibəti olub.
Putin bu hadisənin Moskva və Vaşinqtonun terrorçuluğa qarşı birgə mübarizəsini gücləndirəcəyinə inandığını bildirib və Amerikanın əvvəllər çeçen silahlılarını dəstəkləməsini səhv addım olduğunu ifadə edib: “Rusiya özü beynəlxalq terrorçuluğun qurbanıdır, ilk belə qurbanlardandır. Mən həmişə, qərbli əməkdaşlarımız, sizin qərbli həmkarlarınızı Rusiyaya qarşı iyrənc, qanlı terror aktlarını həyata keçirən şəxsləri terrorçu deyil, üsyançı adlandıranda narahat olmuşam. Onlara müxtəlif yardımlar, o cümlədən, mətbuat dəstəyi, maliyyə, siyasiya yardımlar edilib. Bəzən bilavasitə, bəzən dolayı yolla… Amma bu yardımlar hər zaman onların Rusiya Federasiyasındakı fəaliyyətinin tərkib hissəsi olub”.
Prezident Putin Boston hadisələrini törədən şəxslərin milli və ya dini xüsusiyyətlərinə mühakimə olunmasını səhv addım kimi dəyərləndirib. O, etnik mənsubiyyətin və dinin qətiyyən rol oynamadığını, Amerikanın bir sıra siyasətçilərinin sağ qalan cinayətkarı müharibə əsiri kimi qələmə verməyini pisləyib. Rusiya prezidenti hazırda terrorizmin bütün ölkələrin birləşərək mübarizə aparmalı olduğu təhlükələrdən ən önəmlisi olduğunu vurğulayıb./ans.tv/