Xəbər lenti

Casus ovu: Slovakiya da 35 rus diplomatını ölkədən qovur
Dünya19:20 30.03.2022

Casus ovu: Slovakiya da 35 rus diplomatını ölkədən qovur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Slovakiya Rusiyanın ölkədəki diplomatik missiyasının üzvlərinin sayını 35 nəfər azaltmaq qərarına gəlib.

Qaynarinfo bildirir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. 

Bəyanatda deyilir: "Slovakiya Respublikasının güc strukturlarından daha bir rus diplomatının Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozan fəaliyyəti barədə məlumat əsasında Rusiya Federasiyasının səfiri bu gün Xarici İşlər və Avropa İşləri Nazirliyinə çağırılıb".
Görüş zamanı səfirə Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 11-ci maddəsi əsasında Slovakiyanın Rusiyanın Bratislavadakı səfirliyinin işçilərinin 35 nəfər ixtisar edilməsi barədə  nota təqdim olunub.
HƏMÇİNİN OXU: