Ölkə 23:08 07.02.2023

Çavuşoğlu Azərbaycana təşəkkür etdi

Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu Azərbaycana təşəkkür edib.

Qaynarinfo xəbər verir ki, diplomat bildirib ki, ilk yardıma gələn ölkə Azərbaycan olub.

"Hər zaman olduğu kimi Türkiyəyə ilk yardıma gələn ölkə can Azərbaycan oldu. Prezident İlham Əliyevin göndərdiyi xilasedicilər oldu. Zəlzələnin ilk saatlardan Azərbaycan xarici işlər naziri Ceyhun qardaşım da Prezident İlham Əliyevin təlimatı ilə bizə zəng etdi. Onlar ilk saatlardan hazırlıqlara başlamışdılar. Bakı vaxtı ilə 12:00-da artıq yardım və xilasedicilər yola çıxmışdı. Hamısını candan təşəkkür edirik” – nazir bildirib.