
ABŞ-da fotosu internetə düşən məhkum Ceremi Miks xarici görünüşünə görə məşhurlaşmış və həbsdən çıxandan sonra modellik kariyerasına start vermişdi.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, oxşar hadisə yenidən yaşanıb. Yeni məhkum model cazibədar üz quruluşu və iki fərqli göz rəngi ilə diqqəti cəlb edir. Miksin ardından həbsdə olarkən diqqətləri öz üzərinə çəkən şəxs Mexi Alante Lakidir. Laki ötən il Şimali Karolinada oğurluq maşın istifadə etdiyi üçün həbs edilib. Hazırda azadlıqda olan Laki bir agentliyin diqqətini çəkib və Nyu York moda həftəsində iştirak edə bilər.
Gülşən
Qaynarinfo.Az





