Kiyevin əks-hücum zamanı problemləri təkcə minalanmış sahələrlə məhdudlaşmır. Ukraynanın bir aydan artıqdır ki, davam edən əks-hücum əməliyyatında ciddi uğur əldə etməməsinin əsas səbəbi Ukrayna Silahlı Qüvvələrinin ümumqoşun əməliyyatlarının səmərəli şəkildə həyata keçirə bilməməsi ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Frans-Stefan Qadi hərbi analitiklər Maykl Kofman, Rob Li və Konrad Muzika ilə birlikdə cəbhəyə səfərindən sonra
yazıb.
Kofman və Muzika Tvitter hesablarında Qadinin gəldiyi nəticəni paylaşıblar.
Qadinin sözlərinə görə, əks-hücum hələ də əsasən piyadaların dəstəklədiyi artilleriya döyüşüdür, buna görə də irəliləyiş metrlərlə ölçülür. Mexanikləşdirilmiş briqadalar minatəmizləmə texnikası və hava hücumundan müdafiə sistemlərinin olmaması səbəbindən tam istifadə olunmur, - ekspert qeyd edir.
Lakin analitik Ukraynanın əks-hücumunun əsas problemini Ukrayna Silahlı Qüvvələrinin irimiqyaslı ümumqoşun əməliyyatlar aparmağı hələ öyrənməməsi ilə əlaqələndirir, buna görə də cəbhənin müxtəlif sahələrində əməliyyatlar sinxron şəkildə aparılmır. Bu, "Ukrayna qüvvələrini irəlilədikcə Rusiyanın tank əleyhinə raketləri, artilleriyası və digər silahlarına qarşı daha həssas edir". "Yəni, bu, təkcə texnika ilə bağlı deyil. Onların Rusiya müdafiəsini sistemli şəkildə yardıqlarını görməmişəm”, - ekspert yazır.
Qadi yazır ki, Ukrayna qüvvələri Rusiya ordusunu tükəndirmək strategiyasına keçib və indi manevr əvəzinə, Rusiya mövqelərinin ardıcıl atəşə tutur. Onun fikrincə, bu cür əməliyyatlarda kaset sursatları mühüm rol oynaya bilər.
Analitik yazır ki, hücumun xarakteri yalnız o zaman dəyişə bilər ki, Ukrayna Rusiya müdafiəsini yarmağa daha sistemli yanaşsın, sonra Rusiya ordusunda əhval-ruhiyyənin aşağı düşməsi müdafiənin dağılmasına gətirib çıxaracaq. "Rusiya müdafiəsi qəfildən dağılmadığı təqdirdə, bu, növbəti həftələrdə və aylarda davam edəcək getdikcə daha çox yeni ehtiyatların tədricən istifadəsi ilə qanlı tükəndirmə mübarizəsi olaraq qalacaq", - Qadi əlavə edir.
Hələlik Rusiya Ukraynanın hücumlarını dəf etmək üçün ehtiyatda olan bölmələrindən istifadə etməyə ehtiyac duymayıb. Eyni zamanda, HIMARS hücumlarının effektivliyi azalıb, - Qadi iddia edir. İndiki vəziyyətdə Rusiya qüvvələri, hətta sursat çatışmazlığı vəziyyətində belə, Ukraynanın hücumlarını gecikdirə və ya dəf edə bilir.
Qadi yazır ki, Ukrayna Silahlı Qüvvələrinin taktikasında dəyişiklik edilmədən Ukraynaya əlavə silah tədarükü əks-hücumun nəticələrinə həlledici təsir göstərməyəcək.
Eyni zamanda analitik etiraf edir ki, Ukrayna top artilleriyasında atəş üstünlüyünə nail olub, uğurlu taktiki kiber əməliyyatlar keçirə bilib.
Nizami Bağırov