Hazırda Ukraynada döyüşlər dayanıb, çünki nə Ukrayna, nə də Rusiya ciddi irəliləyiş əldə edə bilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiril Budanov
BBC-yə müsahibəsində deyib.
Onun müsahibəsində bu mqəamlar yer alıb:
"Vəziyyət sadəcə donub qalıb. Hərəkət yoxdur".
"Biz onları bütün cəbhələrdə hərtərəfli məğlub edə bilmərik. Necə ki, onlar bizi məğlub edə bilmirlər".
"Biz yeni silah tədarüklərini və daha təkmil silahların gəlməsini səbirsizliklə gözləyirik”.
Noyabrda Ukrayna qüvvələri Xersonu azad etdikdən sonra ən şiddətli döyüşlər Donetsk bölgəsindəki Baxmut ətrafında davam edib.
Qış fəsli 1000 km-lik cəbhə boyu USQ quru əməliyyatlarını ləngitdiyi üçün başqa yerlərdə rus qoşunları müdafiə mövqeyi tutur.
Budanov bildirib ki, Rusiya "indi tamamilə çıxılmaz vəziyyətdədir", çox ciddi itkilər verir və o hesab edir ki, Kreml növbəti səfərbərlik elan etmək qərarına gəlib. Lakin o əlavə edib ki, Ukrayna qüvvələrinin bir çox cəbhələrdə irəliləmək üçün hələ də resursları yoxdur.
Budanov, eyni zamanda, Belarusdan hücum ehtimalını inkar edir.
"Bu gün mən Kiyevə və ya Belarusun şimal bölgələrinə işğala hazırlıq əlaməti görmürəm”, - Ukrayna kəşfiyyatının rəhbəri bildirib.
Bu yaxınlarda, onun sözlərinə görə, rus əsgərləri ilə yüklənmiş qatar Belarus-Ukrayna sərhədinə yaxın bir yerdə dayanıb və bir neçə saatdan sonra gətirdiyi əsgərlərlə birlikdə geri qayıdıb.
Alpər