Xəbər lenti

"Cəhənnəm" planetindən gələn qəribə siqnalların mənbəyi açıqlandı
Dünya06:52 25.10.2023

"Cəhənnəm" planetindən gələn qəribə siqnalların mənbəyi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın Lüdviq Maksimilian Universitetinin astrofizikləri Yerdən 41 işıq ili uzaqlıqda yerləşən Xərçəng bürcündə "55 Cancri e" vulkanik planetindən gələn qeyri-adi siqnalların mümkün mənbəyini müəyyən ediblər. 
Qaynarinfo xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Earth and Planetary Astrophysics" (EPA) elmi jurnalında dərc olunub.
"55 Cancri e" super-Yerlər sinfinə aiddir. Planet Yerdən demək olar ki, 8 dəfə böyükdür. O, ana ulduzuna çox yaxın (Yerdən Günəşə olan məsafənin 2%-dən az) yerləşir və səthindəki temperatur gündüz 2427 °C-dən gecə 1127 °C-ə qədər dəyişir.
2004-cü ildə "cəhənnəm" planetinin kəşfindən bəri astronomlar vaxtaşırı göy cisminin bəzən sözdə tranzit zamanı - ulduzun arxasından keçərkən buraxdığı qəribə işıq impulslarını qeydə alırlar.
Alimlərin fikrincə, "55 Cancri e"dən gələn siqnallar atmosferin məhv edilməsi və yenilənməsi prosesi ilə bağlı ola bilər. Lava ilə örtülmüş dünyadakı vulkanlar vaxtaşırı atmosferi əmələ gətirən isti karbon qazını püskürür. Ancaq sonra günəş küləyi və ulduzdan gələn güclü radiasiya ilə uçurulur, bundan sonra dövr təkrarlanır.
Tədqiqatçılar planet atmosferindəki balanssızlığın qəribə tranzit siqnallarını izah edə biləcəyinə inanırlar. Bir planet atmosfersiz "keçəl" fazasında olduqda, görünən işıq yaymır. Lakin atmosfer meydana çıxdıqda, həm görünən işıq, həm də səthdən çıxan bütün şüalanma tranzit siqnalda görünür.
Alimlər atmosferin temperaturu və təzyiqini ölçə bilən James Webb Kosmik Teleskopu vasitəsilə "55 Cancri e"ni tədqiq etməklə öz fərziyyələrini yoxlamaq niyyətindədirlər. Bu, "cəhənnəm" planetinin qaz qabığının təbiətini daha yaxşı başa düşməyə kömək edəcəkdir.
Aydın