Xəbər lenti

Ceki Çanın karantin altına alınması ilə bağlı şaiyələr yayıldı
Dünya15:35 27.02.2020

Ceki Çanın karantin altına alınması ilə bağlı şaiyələr yayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur aktyor və rejissor Ceki Çanın koronavirusa yoluxduğu üçün karantin altına alındığı ilə bağlı məlumatlar yayılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Honqkonqdan olan 65 yaşlı aktyorun ziyafətlərin birində epidemiyaya yoluxduğu deyilir. Məlumata görə, koronavirusa yoluxmuş bir polisin şərəfinə verilən ziyafətə 60 nəfər qatılıb və məclisdən sonra hamısı karantin altına alınıb. Mühafizənin özünün isə həyat yoldaşı və qaynanası ilə birgə getdiyi yeməkxanada virusa tutulduğu ehtimal edilir.
Lakin hələlik aktyor özü buna münasibət bildirməyib.
Qeyd edək ki, bir müddət əvvəl Ceki Çan koronavirusun peyvəndini tapana 145 min dollar verəcəyini açıqlamışdı.
Camal