Xəbər lenti

Cəlal Təlabaninin ölüm xəbəri yayıldı
Dünya07:21 10.05.2013

Cəlal Təlabaninin ölüm xəbəri yayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraq prezidenti Cəlal Təlabaninin öldüyü ilə bağlı məlumatlar yayılıb. 

Qaynar.info-nun məlumatına görə, kürddilli internet saytları Təlabaninin öldüyünü, ancaq bu məlumatın gizli saxlanıldığını bildiriblər. 

Avestakurd.com adlı sayt prezidentin səhhəti ilə bağlı xəbərləri izləyən və Ərbildə yaşayan Rebhar Kərim Vəli adlı jurnalistin srağagün axşam saatlarında 

twiter hesabından Cəlal Təlabaninin öldüyü ilə bağlı xəbər yaydığını bildirib. 

Elə həmin sayt Təlabani ailəsinə yaxın mənbələrin ölkədə problem yaranmasın deyə bu xəbəri açıqlamadıqlarını da yazıb. Xəbərdə prezidentin nə vaxt öldüyü haqda məlumat verilmir. 

Jurnalist Rebhar Kərim Vəlinin yaydığı xəbərdə Cəlal Təlabaninin həyat yoldaşı Hero İbrahim Əhmədin bir neçə gün əvvəl İran prezidenti Mahmud Əhmədinejadla keçirdiyi görüşün səbəbinin də ölüm xəbərini vermək olduğu qeyd edilib. Əhmədinejadın Təlabani ailəsinə yaxın şəxs olduğu üçün Hero İbrahim Əhmədin ona xəbər verdiyini və iqtidar partiyası daxilində problem yaranmaması üçün ondan yardım istədiyi də bildirilib.

Qaynar.info