Xəbər lenti

Cəlilabadda dəhşətli avtobus qəzasında xəsarət alanların son durumu (YENİLƏNİB)
Ölkə 13:18 06.06.2024

Cəlilabadda dəhşətli avtobus qəzasında xəsarət alanların son durumu (YENİLƏNİB)

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan doqquz nəfər (səkkiz qadın, bir kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara müxtəlif bədən nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan üç nəfərin vəziyyəti orta ağır, altı nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində iki nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.
 
12:15

Cəlilabadda qəzaya düşən şəxslərin son durumu açıqlanıb.

Cəlilabad Rayon Mərkəzi xəstəxanasının Təcili Yardım şöbəsinin müdiri Mətanət Dadaşovanın Oxu.Az-a verdiyi açıqlamasında bildirib ki, 10 qadın və bir uşaq təcili yardım şöbəsinə gətirilib. Onlardan iki nəfər 1960-cı il təvəllüdlü Səbiyə Kazımova və 1970-ci il təvəllüdlü Kəmalə Şükürova hadisə yerindəcə keçinib:

"Digər qadınlar isə müxtəlif bədən xəsarətləri alıblar. Onlara ilkin tibbi yardım göstərilib. İki qadın hazırda reanimasiyaya köçürülüb. Digərlərinin vəziyyəti orta ağırdır. 2019-cu il təvəllüdlü uşaqda isə burunqanaması olub və hazırda vəziyyəti yaxşıdır. Sürücü ciddi xəsarət almayıb. İlkin tibbi yardım göstərilib. Qadınların bir neçəsinə gips qoyulub".
 
11:38

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Qaynarinfo xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma davam etdirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->