Cəlilabad rayonunun Babalı kəndində Şəhidlər abidəsinin və Şəhidlər parkının açılışı olub.
Abidə kənd sakinlərinin vəsaiti hesabına tikilib.
Açılış mərasimində deputat Elman Nəsirov, rayon rəsmiləri, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının sədri Sərraf Kərimov, şəhid valideynləri, qazilər və müharibə iştirakçıları iştirak edib.
Mərasimdə xalqımızın igid övladlarının qəhrəmanlıqlarından geniş söhbət açıılıb.
Qeyd edək ki, kompleks Babalı kəndindən olan I Qarabağ müharibəsi şəhidi Fazil Mahmudovun və Vətən müharibəsi şəhidi Fərid Quliyevin əziz xatirəsinə inşa olunub.