
Serial və filmlərdən öyrəşdiyimiz səhvlərdən biri reklam çarxında təkrarlanıb. Diqqətli tamaşaçılar Cem Yılmazın yeni reklam filmində qəzeti tərsinə oxuduğunun fərqinə varıblar.
7.24news-un Haberler.com-a istinadən verdiyi məlumata görə, bir bankın reklam filmində qatarda “Havadis” qəzetini oxuyan Cem Yılmaz, qəzeti tərsinə tutaraq oxuyur. Qəzet ikiyə qatlanmış Cem Yılmaza baxan tərəf tərs dayanır. Filmlərində xəta olmasın deyə çox diqqətlə çalışan Cem Yılmaz, bu nüansı nəzərdən qaçırıb.
Qaynar.info