
“Cəmil Həsənlinin arxasında gizlənməmişik, onun yanındayıq”
Bu günə İnşaatçılar metrosunun yaxınlığında yerləşən “Məhsul” stadionunda Milli Şuranın icazəli mitinqi artıq başlayıb. Bu mitinq prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Cəmil Həsənlinin seçicilərlə ilk kütləvi görüşüdür.
“Qafqazinfo” xəbər verir ki, əsas şüarlar "Oğruya yox doğruya səs ver", "Yeni nəsil gənclər gəlir".
Mitinqi AXCP üzvü Sahib Kərimov aparır.
***
Hazırda Müsavat başqanı İsa Qəmbər və AXCP lideri Əli Kərimli Milli Şuranın vahid namizədi ilə mitinq baş verən əraziyə gəlib. Vəkil Aslan İsmayılov çıxış edir.
Sahib Kərimli bildirib ki,mitinqdə onlara qarşı təxribat etmək istəyirlər: “Bir qadın əlində “Milli Şura Gömrük İttifaqına qoşulmaq istəyir” yazılı pankart tutub. Bu bizə qarşı hakimiyyətin təxribatıdır”.
***
Tural Abbaslı çıxış edərək bildirib ki, bura gələrkən üzərində Cəmil Həsənlinin şəkli olan köynək geyinən gəncləri saxladılar. Onlara dedilər ki, niyə üzərində “Oğruya yox, doğruya səs ver” yazılan köynəklər geyinmisiniz. Onlar özləri də oğru olduqlarının fərqindədirlər”.
İsgəndər Həmidov bildirib ki, seçkilərin qalibi Cəmil Həsənlidir, hakimiyyət saxtakarlıq etsə də, etməsə də. Hazırda aksiyada "istefa" şüarları səsləndirilir. Eldar Namazov bildirib ki, Milli Şuranin seçki kampaniyası rayonlarda artıq başlayıb. Onun szölərinə görə, Qərb zonasında görüşlərə artıq başlanılıb.
***
İsa Qəmbər hakimiyyətin yenə də mitinqin qarşısını almağa çalışmaqda ittiham edib: “Gənclərimizi həbs ediblər. Mən inanıram ki, bu gün avtoritarizmdən demokratiyaya keçidin günü olacaq. Heç bir qüvvə xalqın qarşısını kəsə bilməz. Biz qalib gələcəyik. Bizi partiya liderlərini ittiham edirdilər ki, çox iddialıyıq, heç kimə güzəştə getmirik. İndi sözlərini dəyişiblər . Deyirlər ki, niyə bu adamlar iddialarından geri çəkiliblər. Bizim iddiamız Azərbaycan vətəndaşının ləyaqətli həyatıdır. Qarabağı azad etməkdir, demokratiyadır. Biz Cəmil bəyi qabağa verib onun arxasında gizlənməmişik. Biz onun yanındayıq. Cəmil Həsənli tək deyil. Mən həmişə tələb etmişəm ki, İlham Əliyev istefa versin. Amma mən bu gün təklif edirəm ki, İlham Əliyev namizədliyini geri götürsün. Sənin üçüncü dəfə prezident olmağa haqqın yoxdur”.
***
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli çıxış edib: “Biz bu yolu sizlərlə gedəcəyik və qalib gələcəyik. Biz Milli Şuranın müəyyən etdiyi bir yolla gedirik. Əmin ola bilərsiniz ki, yurdumuzu sarımış zülmün axırına çıxacağıq. Ölkəmizdə ədaləti bərpa edəcəyik. Tutduğumuz yol millət yolu, haqq yoludur.
Hakimiyyət bizi məhv etmək istəyirdi. Amma sizlər toplandız və bildirdiniz ki, biz diriyik, gəlirik. Gözü yaşlı əsgər anaları, bilin ki, bu ölkədə ədalət bərpa olunacaq. And olsun şərəfimə qara günlü millətin ziyalısı ağ kəfəndə dəfn oluna bilməz. Biz bu zülmün qabağında dayanmalıyıq.
Qarabağ sizlərin gücü ilə azad ediləcək. Bunlar 20 il ərzində bir qarış torpağımızı azad etmədilər. İlham Əliyev gəlsin debata və mənə bunlarin səbəbini izah etsin.
Bu hakimiyyət 20 il ərzində qurduğunu Milli Şura debatda 10 dəqiqəyə məhv etdi”
Sonda mitinqin qətnaməsi səsləndirilib./qafqazinfo.az/





