Xəbər lenti

Cəmil Həsənlinin səs yazısını ortaya qoydular - AUDİO
Siyasət07:06 09.06.2014

Cəmil Həsənlinin səs yazısını ortaya qoydular - AUDİO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 7-də Aktual.az saytında “Әdəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil” başlıqlı yazı gedib. 

Qeyd edək ki, yazıda Milli Şuranın sədri Cəmil Həsənli bu yaxınlarda 75 illik yubileyini qeyd edən xalq şairi Vaqif Səmədoğlu barədə fikirlərini bildirib.

Cəmil Həsənlinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə və mübahisələrə səbəb olub. Məsələ ətrafında yaranmış ajiotajdan sonra Cəmil Həsənli ilə əlaqə yaradılıb və o, fikirlərinin təhrif olduğunu bildirərək dediklərinin jurnalist tərəfindən yanlış anlaşıldığını qeyd edib. 

Qafqazinfo.az xəbər verir ki, Aktual.az saytı C. Həsənlinin səs yazısını yayıb. Jurnalistin V. Səmədoğlunun vətəndaş mövqeyi gösəreməməsi ilə bağlı səslənıən fikirlərə C. Həsənlinin həmin qalmaqallı cavabı belə olub: “Mənə belə gəlir ki, sənət adamından bunu ummaq lazım deyil ki, o belə desin”.

Əlavə şərh vermədən açıqlamanın izahını oxucuların ixtiyarına buraxırıq.