Xəbər lenti

Cəmilov 1 milyon avro alacaq
Dünya17:07 07.05.2014

Cəmilov 1 milyon avro alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa prezidenti Mustafa Cəmilova mükafat verəcək.

ANS PRESS-in məlumatına görə, Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Cəmilov Polşa prezidenti tərəfindən mükafatlandırılacaq.

Polşa prezidenti Bronislav Komorovski iyun ayında Mustafa Cəmilova Polşanın “Həmrəylik Mükafatı”nı təqdim edəcək. İyun ayında keçiriləcək mərasimdə ABŞ prezidenti Barak Obama da iştirak edəcək.

“Mustafa Cəmilov uzun illərdir Ukraynada vətəndaş hüquqları və demokratiya uğrunda mübarizə aparır. O, öz demokratik düşüncələrini hələ dissident olduğu və 10 ilə yaxın islah-əmək düşərgələrində qaldığı sovet dövründə təsdiqləyib”, - deyə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Qaynar.info