Xəbər lenti

Çempionlar Liqası: 17 yaşlı futbolçu tarixə düşdü
İdman 19:00 10.12.2025

Çempionlar Liqası: 17 yaşlı futbolçu tarixə düşdü

UEFA Çempionlar Liqasının ötən gecə keçirilən oyunlarında "Bavariya"nın 17 yaşlı gənc ulduzu Lennart Karl tarixin ən gənc rekordçularından biri olub.

Qaynarinfo xəbər verir ki, turnirin 6-cı turunda "Bavariya" ilə "Sportinq" arasında keçirilən qarşılaşmanın ikinci hissəsində "Sportinq” Coşua Kimmixin avtoqolu ilə hesabı açsa da, Almaniya təmsilçisi möhtəşəm geri dönüş edərək 3:1 hesabı ilə qalib gəlib. "Bavariya”nın gollarını 65-ci dəqiqədə Serj Qnabri, 69-cu dəqiqədə Lennart Karl və 77-ci dəqiqədə Conatan Tah vurub. 

Lennart Karl ardıcıl üç Çempionlar Liqası matçında qol vuran ən gənc futbolçu (17 yaş 290 gün) kimi tarixə düşüb. Gənc futbolçu oyuna start heyətində çıxıb və 77 dəqiqə meydanda qalıb. Bu, onun turnirdəki üçüncü qolu olub və qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->