
Ata və oğul 40 il insanlardan uzaqda ot və tərəvəz yeyərək qidalanıblar.
Vyetnamın mərkəzi hissəsindəki cəngəlliklərin birində 2 mauqli tapılıb. ANS PRESS-in verdiyi məlumata görə, ata ilə oğul 40 il insanlardan uzaqda yaşayıb. Bu müddət ərzində onlar bitki və tərəvəzlərlə qidalanıbıar.
Məlumata görə, ailə 1973-cü ildə Vyetnam müharibəsinin sonuna qədər itkin düşüb. Hazırda atanın 82, oğulun 41 yaşı var.
Jurnalistlərin araşdırmaları nəticəsində, o vaxt Amerikan Hava qüvvələri kəndi bombalayarkən ata uşağı ilə kənddən qaçıb.
Hərbçilər onun bütün ailə üzvlərini öldürüblər. Ata hansısa Vyetnam ləhcəsində danışmağı bacarsa da, oğlu insan dilini başa düşmür. Hazırda həkimlər onların normal həyata uyğunlaşması üçün çalışırlar
Qaynar.info