Xəbər lenti

Cəngəllikdə qədim şəhər tapıldı
Dünya18:04 11.06.2016

Cəngəllikdə qədim şəhər tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Arxeoloqlar cəngəllikdə qədim şəhər tapdılar

Ölkə.Az Rusiya KİV-lərinə istinadən məlumat verir ki, Kambocada məşhur Anqkor-Vat məbəd kompleksi yaxınlığındakı cəngəllikdə qədim şəhərin qalıqları tapılıb.

Avstraliyalı alim Demian Evansın araşdırmalarının nəticələri "Journal of Archaeological Science" jurnalında dərc edilib.

Lazer texnologiyasının köməyi ilə şəhərin 900-1400 il tarixə malik olduğu aşkarlanıb.

Bu araşdırmalar Kamboca cəngəlliklərində bir neçə qədim şəhərin olması barədə əfsanələrin həqiqətə uyğun olmasını söyləməyə imkan verir. Hazırda xərabələri tapılan şəhərdə mürəkkəb su təchizatlarının izləri arxeoloqları təəccübləndirib.

Qaynarinfo.az