Yeni Zelandiyada yaşayan almaniyalı multi-milyonçu Karl Reypen "Cənnət" adlandırdığı fermasında yaşamağa 10 nəfər axtarır.
Qaynarinfo xəbər verir ki, biznesmen bu barədə Almaniyanın Herald qəzetinə elan verib. Axtarılan şəxslərdən sadəcə 70 yaşdan yuxarı olmamaları tələb olunur. Gələnlər iki nəfərlik evlərdə yaşaya, yemək zamanı və sosiallaşmaq istədiklərində şərab anbarından istifadə edə bilərlər.
"Gəzinti, balıq tutmaq, alış-veriş etmək, üzmək, serfinqlə məşğul olmaq, quşları və digər ekzotik heyvanları izləmək istəyirsizsə, bura əsl sizin yerinizdir", - deyə elanda qeyd olunub.
Ferma ən yaxın yaşayış məskəninə 90 kilometr məsafədə yerləşir.
Elanda Reypenin adı çəkilməsə də, bu ölkəyə səfəri zamanı fermanı almaq niyyətində olduğunu açıqlamışdı. Reypen müsahibələrinin birində isə ən böyük xəyalının ferma sahibi olub, onu 5 ulduzlu bir yerə çevirmək olduğunu deyib.
Camal