Xəbər lenti

Cənub və Donbas arasında seçim: Putin bir şərtlə Zelenski ilə danışıqlara razılaşa bilər - Kuleba
Dünya16:53 17.06.2022

Cənub və Donbas arasında seçim: Putin bir şərtlə Zelenski ilə danışıqlara razılaşa bilər - Kuleba

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin işğal etdiyi cənubdan və ya Donbasdan imtina etmək arasında seçim etmək məcburiyyətində qaldıqda Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlara razılaşa bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Foreign Affairs” nəşrinə yazdığı məqaləsində bildirib.
Onun sözlərinə görə, cənubda Ukrayna ordusu artıq əks-hücumlar həyata keçirir və düşmənin müdafiəsini yarmaq üçün qabaqcıl silahlardan istifadə olunacaq.
"Biz rusları Ukraynanın strateji sabitliyinin açarı olan Xersonu tərk etmək həddinə çatdırmağa çalışacağıq. Əgər biz həm cənubda, həm də şərqdə irəliləsək, Putini cənub şəhərlərindən, o cümlədən Xerson və Melitopoldan imtina etmək və cənubu əlində saxlamaq üçün Donbasdakı yeni işğal olunmuş ərazilərdən imtina etmək arasında seçim etməyə məcbur edə bilərik”, - Kuleba yazır.
O hesab edir ki, belə olan halda rus diktatoru atəşkəs danışıqlarına daha ciddi yanaşmağa başlayacaq.
"Bizim məqsədimiz bundan sonra da Rusiya qoşunlarının Ukraynadan çıxarılması olacaq... Axı Putin kifayət qədər uğursuzluqlarla üzləşərək, Kiyev ətrafındakı rayonlardan rus qoşunlarını çıxarıb. Silahlı qüvvələrimiz daha da güclənərsə və uğur qazanarsa, onun yenidən bunu etmək üçün əsaslı səbəbləri olacaq”, - deyə nazir vurğulayıb.
Kuleba həmçinin əmindir ki, Putin üçün növbəti danışıqlardan əvvəl "xoş niyyət” kimi geri çəkilmək daha asan olacaq.
"Putin hətta iddia edə bilər ki, Ukraynanın demilitarizasiya və denasifikasiyası üzrə  "xüsusi əməliyyat” uğurla həyata keçib. Həmçinin təbliğat da Putinə qoşunların çıxarılmasını rus əsgərlərinə humanist rəftarın əlaməti və ümumən sülhə doğru müdrik addım kimi təqdim etməyə kömək edə bilər”, - Kuleba əlavə edib.
Əks halda, Putin inadında qalsa, Ukrayna o danışıqlara qədər və ya Ukrayna ordusu dövlət sərhədinə çatana qədər Luqansk və Donetsk vilayətlərinə doğru irəliləyə bilər, Kuleba bildirib.
Nizami Bağırov